"Atalanta"nın və Danimarka millisinin hücumçusu Rasmus Xaylun mövsümün sonunda komandasını dəyişə bilər.

Rekord.az TMW-yə istinadən xəbər verir ki, futbolçunun xidmətində "İnter" maraqlıdır.

Qeyd edək ki, Xaylun Avro-2024-ün seçmə qrup oyunu çərçivəsində Qazaxıstanla keçirilən dünənki qarşılaşmada dubla imza atıb. Lakin buna baxmayaraq, onun komandası 2:3 hesabı ilə məğlub olub.