Danimarka yığmasının sabiq üzvündə koronavirus aşkarlandı
- 06 Mar 2020 13:40
- 652
Futbol üzrə Danimarka yığmasının sabiq üzvü Tomas Kahlenberqdə koronavirus aşkarlanıb.
Rekord.az xəbər verir ki, bu barədə “Brondbü” klubunun rəsmi saytı məlumat yayıb.
İddiaya görə, 36 yaşlı danimarkalı xəstəliyə Amsterdama səfəri zamanı yoluxub. Lakin Kahlenberq martın 1-də “Bröndbü” - “Lyunqbyu” matçını da canlı izləyib. Bu üzdən də xəstəliyə dəqiq harada yoluxduğu barədə dəqiq məlumat yoxdu. Hazırda o, son günlərdə təmasda olduğu daha 13 nəfərlə birgə karantinə alınıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Kahlenberqlə birgə karantinə alınanlar arasında “Brondbü”nün futbolçusu Joel Kabonqo, “Lyunqbyu”nun formasını geyinən Martin Ornskov, Kasper Yorgensen və Patrik da Silva da var.
Kahlenberq, peşəkar karyerası ərzində Danimarkada “Brondbü”, Fransada “Oser” və “Evian”, Almaniyada isə “Volfsburq” klublarıın şərəfini qoruyub. Keçmiş yarımmüdafiəçi Danimarka yığmasında 47 oyun keçirib.