Danimarkada futbolçuların klublarla sona çatmaq üzrə olan müqavilələrinin müddəti uzadılıb.

Rekord.az xəbər verir ki, bu barədə Danimarka Futbolçular Birliyi açıqlama yayıb.

Xəbərdə bildirilir ki, bu mövsümün sonunadək nəzərdə tutulan müqavilələr ən azı iyulun 31-nə qədər qüvvədə olacaq. Bu, həm Danimarka Super Liqasında, həm də birinci liqada mübarizə aparan futbolçulara aiddi.

Qeyd edək ki, Danimarkada koronavirus pandemiyasına görə dayandırılan çempionatlar mayın 28-də bərpa olunacaq. Azarkeşsiz davam edəcək 2019/20 mövsümünün iyulun 26-da başa çatması planlaşdırılır.