Danimarkalı futbolçu milli karyerasını başa vurdu
- 23 Avq 2024 20:15
- 172
Danimarkalı futbolçu Simon Kyaer millidəki karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, 35 yaşlı müdafiəçi bu barədə şəxsi instaqram hesabında paylaşım edib.
Hazırda klubsuz olan təcrübəli oyunçu son olaraq İtaliyada "Milan"ın formasını geyinib. Kyaer 2009-cu ildən Danimarka yığmasında çıxış edirdi. O, yığmada 132 oyuna 5 qol vurub.