Danimarkalı futbolçu Super Liqa klubundan ayrıldı
- 25 İyl 2020 13:21
- 605
Türkiyənin “Konyaspor” klubu danmarkalı yarımmüdafiəçisi Yens Yonssonla yollarını ayırıb.
Rekord.az xəbər veririr ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
27 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib. Klub futbolçuya xidmətləri üçün təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Yonsson 2016-cı ildən “Konyaspor”un uğurları üçün çalışırdı. O, Super Liqa təmsilçisinin heyətində 119 rəsmi oyuna çıxıb, 6 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.