Dario Federiko: "Qorxum var" MÜSAHİBƏ
- 01 Dek 2019 20:16
- 1072
"Neftçi"nin futbolçusu Dario Federiko Azərbaycan Premyer Liqasının 13-cü turunda səfərdə "Səbail"lə qolsuz bərabərə qaldıqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki o, əvvəlcə matç haqda danışıb.
- Əlbəttə ki, gözlənilməz oyun oldu. Çünki buraya qələbə üçün gəlmişdik. Pis çıxış etmədik. Görüşün sonlarına yaxın qol buraxıb, məğlub da ola bilərdik. Ona görə də heç-heçə ilə razıyıq.
- Bir neçə epizod oldu ki, sanki qaça bilmirdiniz, süni ot örtüyü mane olurdu. Ümumiyyətlə, belə meydançada oynamaq nə dərəcədə uyğundur?
- Təbii ki, təsir göstərir. Komanda təbii ot örtüyündə məşq etməyə, oynamağa öyrəşib. Uzun müddətdir süni meydançada məşq etmirik. Qorxum var. Çünki son zədəm süni meydançada oynayanda olmuşdu. Ona görə də qorxu var. Həm də meydaça amilinə görə oyunda ötürmələr daha sürətli gedir.
- "Neftçi"nin stabil çıxış etməsi üçün nə çatmır?
- Nəsə çatışmazlığın olduğunu deməzdim. Çünki hər matça qələbə üçün çıxırıq. Bundan əvvəlki oyunda böyük hesabla qalib gəlmişdik. Bu gün də qələbəyə köklənmişdik. Sadəcə yaratdığımız epizodları qola çevirə bilmədik.