“Neftçi-2” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

Rekord.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri “Qaradağ Lökbatan”la qarşılaşıblar.

“Neftçi”nin bazasında baş tutmuş görüşdə “ağ-qaralar” 3:2 hesabı ilə qalib gəlib. “Neftçi”nin qollarını Dario Federiko, Əlibəy Məmmədli və Ülvi İbrahimov vurublar.

Qeyd edək ki, “Neftçi-2” toplanış çərçivəsində növbəti sınaq matçını sabah MOİK-ə qarşı keçirəcək. Eynu məkanda keçiriləcək oyuna saat 13:00-da start veriləcək.