Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə “İdman həftəsi” çərçivəsində Daşkəsən rayonunda da tədbir keçirilib.

Rekord.az xəbər verir ki, rayonun Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Daşkəsən şəhər İmadəddin Nəsimi adına 1 №-li tam orta məktəbin idman zalında Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin Yunan-Roma güləş üzrə məşqçi-müəllimi Zaur Həsənov tərəfindən yuxarı sinif şagirdləri üçün ustad dərsləri keçirilib.

Dərs şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.