Fransa millisinin heyətində Rusiyada keçirilən DÇ-2018-in qalibi olan futbolçulardan biri qazandığı qızıl medalı hərracda satıb.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, medalını hərraca verən futbolçunun adı açıqlanmayıb. Qızıl medalın 66 min avroya satıldığı bildirilir.