Futbol üzrə Braziliya millisi dünya çempionatlarının tarixinə düşüb.

Rekord.az xəbər verir ki, Cənubi Amerika təmsilçisi turnirlərdə keçirdiyi oyunların (113) və vurduğu qolların (236) sayına görə Almaniyanı keçərək, liderə çevrilib.

“Sambaçılar” DÇ-2022-nin 1/8 final mərhələsində Cənubi Koreya məğlub edərək (4:1) bu uğura imza atıb.

DÇ-2026-ya qədər yalnız Argentina millisi Braziliyanı keçə bilər.

1/4 final mərhələsində Braziliya yığması Xorvatiya ilə qarşılaşacaq.

Komanda İştirak sayı Oyun sayı Qələbə Heç-heçə Məğlubiyyət Top fərqi Qazandığı xal
Braziliya 22 113 76 18 19 236-107 246
Almaniya 20 112 68 21 23 232-130 225
İtaliya 18 83 45 21 17 128-77 156
Argentina 18 85 46 15 24 144-96 153