Bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 4-cü turun qalan oyunları keçirilib.

Rekord.az xəbər verir ki, ikinci oyun günündə daha 12 qarşılaşma baş tutub.

B qrupunda İspaniya İsveçin qonağı olub və gözlənilməz məğlubiyyətlə üzləşib. Kosovo isə Gürcüstanın qonağı olub. Qonşu ölkə təmsilçisi də doğma meydanda uduzub.

Avropa çempionu İtaliya Bolqarıstanı qəbul edib. Meydan sahibləri bu turu 1 xalla başa vurublar. C qrupunun digər matçında Litva və Şimali İrlandiya komandaları üz-üzə gəlib. Bu oyunda isə qonaqlar darmadağına seviniblər.

I qrupunda mübarizə aparan İngiltərə seçməsi Macarıstanı, J qrupundakı Almaniya isə Lixtenşteyni sınağa çəkib. Hər iki oyunda favoritlər qələbəyə seviniblər.

DÇ-2022-nin seçmə mərhələsi
4-cü tur

2 sentyabr

B qrupu

Gürcüstan – Kosovo 0:1
Qol: Muriqi, 18.

İsveç – İspaniya 2:1
Qol: İsak, 6. Klaesson, 57 – Soler, 5.

İsveç – 9, İspaniya – 7, Kosovo – 3, Yunanıstan – 2, Gürcüstan – 1

C qrupu

Litva – Şimali İrlandiya 1:4
Qol: Baravikas, 54 – Ballard, 20. Vaşinqton, 52. Laveri, 67. Maneyr, 82.

İtaliya – Bolqarıstan 1:1
Qol: Kyeza, 16 – İliyev, 39.

İtaliya – 10, İsveçrə – 6, Şimali İrlandiya – 4, Bolqarıstan – 2, Litva – 0

E qrupu

Estoniya – Belçika 2:5
Qol: Kayt, 2. Sorqa, 83 – Vanaken, 22. Lukaku, 29; 52. Vitsel, 65. Foket, 76.

Çexiya – Belarus 1:0
Qol: Barak, 34.

Belçika – 10, Çexiya – 7, Uels – 3, Belarus – 3, Estoniya – 0

I qrupu

Andorra – San Marino 2:0
Qol: Vales, 18; 24.

Macarıstan – İngiltərə 0:4
Qol: Sterlinq, 55. Keyn, 63. Maquayr, 69. Rays, 87.

Polşa – Albaniya 4:1
Qol: Levandovski, 12. Buksa, 44. Krixovyak, 54. Linetti, 89 – Çikalleşi, 25.

İngiltərə – 12, Macarıstan – 7, Polşa – 7, Albaniya – 6, Andorra – 3, San Marino – 0

J qrupu

Lixtenşteyn – Almaniya 0:2
Qol: Verner, 41. Sane, 77.

Şimali Makedoniya – Ermənistan 0:0

İslandiya – Rumıniya 0:2
Qol: Man, 47. Stanku, 83.

Ermənistan – 10, Almaniya – 9, Şimali Makedoniya – 7, Rumıniya – 6, İslandiya – 3, Lixtenşteyn – 0