"DÇ-2022"yə ev sahibliyi edəcək Qətər mundial oyunlarının keçiriləcəyi 3-cü stadionun – “Education City Stadium”un açılışını edib.
 
Rekord.az xəbər verir ki, açılış mərasimi koronavirusa görə tamaşaçısız olub.
 
“Səhrada almaz” adı verilən stadionun dizaynı almaz şəklində hazırlanıb və 40 min azarkeş tutumuna malikdir. Dohada yerləşən stadionda turnirin 1/4 final mərhələsinin oyunları keçiriləcək.