2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində 9-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, lider Argentina yığması Venesuela ilə heç-heçə edib.

Braziliya millisi Çiliyə son dəqiqələrdə vurduğu qolla qalib gəlib.

DÇ-2026-nın seçmə mərhələsi
9-cu tur

11 oktyabr

Boliviya – Kolumbiya 1:0
Qol: Migelito, 58

Ekvador – Paraqvay 0:0

Venesuela – Argentina 1:1
Qollar: S.Rondon, 65 – N.Otamendi, 13

Çili – Braziliya 1:2
Qollar: E.Varqas, 2 – İ.Da Krus, 45+1, L.Henrike, 89