Sabah İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı start götürəcək.

Rekord.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib.

Püşk nəticəsində Azərbaycan güləşçilərinin də rəqibləri müəyyənləşib. 

Sabah Nihad, Ziya, Laçın və Sərxan mübarizəyə başlayacaq. Görüşlər Bakı vaxtı ilə 13:00-da start götürəcək.

55 kq
1/4 final
Nihad Quluzadə - Artyom Deleanu (Moldova)/Giorgi Toxadze (Gürcüstan)

60 kq
Təsnifat mərhələsi
Nihat Məmmədli - Oljas Sultan (Qazaxıstan)

63 kq
1/8 final
Ziya Babaşov - Endi Xuan Suç (İspaniya)

72 kq
Təsnifat mərhələsi
Qurban Qurbanov - Yanis Nifri (Fransa)

87 kq
1/8 final 
Laçın Vəliyev - Andreas Vaelis (Estoniya)

130 kq
1/8 final
Sərxan Məmmədov - Damir Zuparov (Qazaxıstan)