Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında sərbəst güləş üzrə yarışa yekun vurulub.

Rekord.az xəbər verir ki, iki gümüş medal əldə edən millimiz 66 xalla komanda hesabında 5-ci yeri tutub.

Ötən il yığmamız 2 bürüncmedal qazanaraq 42 xalla 8-ci yeri tutmuşdu.

Yığmamız 6 olimpiya çəkisindən cəmi birində (97 kq) Olimpiadaya vəsiqə qazanıb.

Bu yarışda ilk "3-lük"də müvafiq olaraq ABŞ (148), İran (110) və Gürcüstan (80) yer alıb.

Gələn il 2 lisenziya turniri keçiriləcək. 4-7 apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə ilk 2 yerin sahibi, 9-12 mayda İstanbulda baş tutacaq Dünya Olimpiya Təsnifat turnirində isə ilk 3 yerin sahibi Paris Olimpiadasına vəsiqə qazanacaq.