DÇ: Azərbaycanın daha üç cüdoçusu mübarizəyə başlayır
- 07 Okt 2023 11:00
- 309
Azərbaycanın daha üç cüdoçusu Portuqaliyanın Odivelas şəhərində keçirilən gənclər arasında dünya çempionatında bu gün mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə iki qadın, bir kişi idmançımız tatamiyə çıxacaq.
Kişilərin mübarizəsində Ramazan Əhmədov +100 kq çəki dərəcəsində gücünü sınayacaq. O, 1/16 finalda tacikistanlı İbrohimjon Elmurodovla qarşılaşacaq.
Qadın cüdoçular Nərmin Əmirli və Nigar Süleymanova da eyni raundda turnirə start verəcək. N.Əmirli 78 kq çəkidə misirli Aya Qaballa ilə, N.Süleymanova isə +78 kq-da xorvatiyalı Marselina Vranyeslə üz-üzə gələcək.
Daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) və Vüqar Talıbov (90 kq) gümüş medal əldə ediblər.