DÇ: Birgül Soltanova bürünc medal uğrunda güləşəcək
- 19 Avq 2021 21:01
- 602
Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, dördüncü yarış günündə 3 qadın güləşçimiz mübarizəyə qoşulub.
Elnurə Məmmədova təsnifat mərhələsində monqolustanlı həmkarına məğlub olub.
Yarışa 1/4 finaldan qoşulan Birgül Soltanova Qırğızıstan güləşçisiylə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. Finalın bir addımlığında Hindistan təmsilçisiylə qarşılaşan Birgül 5:0 hesabıyla öndə olsa da, yekunda üstünlüyü əldən verib və ümidini bürünc medala bağlayıb.
Nigar Mirzəzadə ilk görüşdə Macarıstan idmançısına "tuşe" ilə qalib gəlib. Ancaq 1/4 finalda Rumıniya təmsilçisinə uduzub.
Qeyd edək ki, medal qarşılaşmaları avqustun 20-də Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
53 kq
Təsnifat: Elnurə Məmmədova - Otqontuya Çinbold (Monqolustan) 2:12
62 kq
1/4 final: Birgül Soltanova - Dilnaz Sazanova (Qırğızıstan) 9:7
1/2 final: Birgül Soltanova - Devi Sancu (Hindistan) 5:8
Bürünc medal görüşü: Birgül Soltanova - Luisa Şeel (Almaniya)/İva Geriç (Xorvatiya)
65 kq
1/8 final: Nigar Mirzəzadə - Noemi Şabados (Macarıstan) 7:5 (tuşe)
1/4 final: Nigar Mirzəzadə - Amina Kapezan (Rumıniya) 1:3