DÇ: Bokçsularımızdan biri mərhələ adladı, digəri uduzdu
- 05 May 2023 20:15
- 368
Özbəkistanın paytaxtı Daşkənddə kişi boksçular arasında dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, mundialın 5-ci günündə Azərbaycan millisinin 2 idmançısı qüvvəsini sınayıb.
İlk döyüşdə Suleyman Samqhoulini (Mərakeş) məğlub edən Ümid Rüstəmov (57 kq) 1/16 finalda türkiyəli Batuhan Citfçi ilə üz-üzə gəlib. Görüş boksçumuzun qələbəsi ilə bitib. O, 5:2 (28:29, 29:28, 28:29, 29:28, 30:27, əlavə hakimlər 2:0) hesabı ilə qalib gəlib.
Rüstəmov 1/8 finalda Xavyer İbanes Diasla (Bolqarıstan) münasibətinə aydınlıq gətirəcək. Görüş mayın 7-də olacaq.
Murad Allahverdiyev (80 kq) isə ikinci döyüşünü qazaxıstanlı Nurbek Oralbaya qarşı keçirib. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.
Mundialın 6-cı günündə millimizin boksçularından Nəbi İsgəndərov (67 kq) Ali Habibinejadla (İran) qarşılaşacaq.