Bakıda taekvondo üzrə keçirilən dünya çempionatının ikinci günündə daha 3 çəki dərəcəsində qaliblər bəlli olub.

Rekord.az xəbər verir ki, kişi taekvondoçular arasında 58 kq, qadınlarda 67 kq və 73 kq-da yarışın ilk “üçlüy”ü müəyyənləşib. 

58 kq çəkidə mundialın ən güclüsü cənubi koreyalı Jun-Seo Bae olub. O, finalda Georgi Qurtsiyevi (Dünya Taekvondosu) məğlub edərək dünya çempionu adını qazanıb. Bürünc mükafatlar Adrian Visente Yunta (İspaniya) və Mahmud Altarireyə (İordaniya) qismət olub. 

67 kq-da qızıl medala fransalı Maqda Viet-Henin yiyələnib. İkinci yeri Yulyana Al-Sadiq (İordaniya) tutduğu halda, üçüncü pilləni Mari Romundset Nilsen (Norveç) və Rut Qbaqbi (Fil Dişi Sahili) qapayıblar. 

73 kq-da mundialın çempionu Altea Laurin (Fransa) olub. O, həlledici görüşdə Rebekka Makqovanı (Böyük Britaniya) məğlub edib. Bürünc medallara isə Polina Xan (Dünya Taekvondosu) və Matea Yeliç (Xorvatiya) yiyələniblər. 

Azərbaycan yığmasının heyətində qüvvəsini sınayan Maqomed Qaşımov (58 kq) və Fəridə Əzizova (67 kq) müvafiq olaraq, 1/32 və 1/16 finalda məğlub olub.

Martın 31-da daha 3 çəki dərəcəsində (kişilər 80 kq, 87 kq, qadınlar 49 kq) döyüşlər keçiriləcək. Dünya çempionatı iyunun 4-də başa çatacaq.