DÇ-də “bürünc”ün sahibi məlum oldu
- 19 Avq 2023 17:36
- 257
Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatında bürünc medal qazanan komanda məlum olub.
Rekord.az xəbər verir ki, üçüncü yer uğrunda oyunda İsveç və Avstraliya milliləri üz-üzə gəliblər.
Qarşılaşma Avropa təmsilçisinin 2:0 hesablı qələbəsi ilə bitib. Qolları 30-cu dəqiqədə penaltidən Fridolina Rolfo və 62-ci dəqiqədə Kosovare Asllani vurub.
Finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Oyun saat 14:00-da start götürəcək.