DÇ-də iştirak etmiş Azərbaycan taekvondoçuları vətənə döndülər
- 02 Sen 2023 18:42
- 321
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə taekvondoçular arasında dünya birinciliyində iştirak edən komandamız da Bakıya qayıdıb.
Rekord.az xəbər verir ki, yeniyetmə taekvondoçuları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, məşqçi-müəllimlər və idmançılar qarşılayıblar.
Xatırladaq ki, yığmamızın heyətində Şəms Əlizadə (160 sm) fəxri kürsüyə yüksəlib. Belə ki, taekvondoçumuz mundiala 1/16 finaldan başlayın döyüşdə Serbiya və İngiltərə təmsilçilərinə qalib gələrək yarımfinala vəsiqə qazanmış, finala gedən yolda isə Cənubi Koreya taekvondoçusunu məğlub etmişdi. Şəms finalda Qazaxıstan idmançısı ilə gərgin keçən döyüşdən məğlub ayrılaraq yarışın gümüş medalına sahib olub.