DÇ-də son günün püşkü atıldı
- 03 İyn 2023 22:20
- 369
Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında son günün püşkü atılıb.
Rekord.az xəbər verir ki, iyunun 4-də baş tutacaq qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin idmançılarının rəqibləri də bəlli olub.
Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) - Vanesa Mendosa (Kolumbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Həmidrza Bədriəliabadi də eyni mərhələdə dayanq üzərinə çıxacaq. Onun rəqibi Nouhum Diavara (Mali) - Sezar Nazareno (Kolumbiya) cütünün güclüsünü olacaq.