DÇ-də yeganə qolun müəllifi koronavirusdan öldü
- 22 İyn 2020 16:41
- 638
Futbol üzrə İraq milli komandasının sabiq üzvü Əhməd Radi vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” kanalı məlumat yayıb.
56 yaşlı keçmiş hücumçu iyunun 21-də, koronavirusdan ölüb. Radi, İraq milli komandasının DÇ-1986-da vurduğu yeganə qolun müəllifi olub. Mərhum hücumçu 1988-ci ildə Asiyada ilin futbolçusu seçilmişdi.
İraq millisi ilə 121 oyunda 62 qol vuran Radi, “Al-Zavraa”, “Al-Raşid” və “Al-Bakra” klublarında forma geyinmişdi.