DÇ: İki güləşçimiz finalda, ikisi bürünc medal qazandı
- 24 Okt 2023 22:30
- 361
Albaniyanın paytaxtı Tiranada U-23 dünya dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, bu gün iki güləşçimiz bürünc medal qazanıb, daha iki güləşçimiz isə finala yüksəlib.
57 kq
Rəhman İmanov 1/8 finalda almaniyalı Niklas Şteleyə məğlub olub - 6:10
65 kq
Zirəddin Bayramov 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən güclü olub - 14:11. Zirəddin yarımfinalda gürcüstanlı Qoqa Otinaşviliylə güləşib və 5:1 hesabıyla qalib gələrək finala yüksəlib. O, sabah finalda rusiyalı İbrahim İbrahimovla güləşəcək.
70 kq
Kənan Heybətov ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub – 3:13. Rəqibi finala yüksəldiyi üçün Heybətov sabah təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
79 kq
Əşrəf Aşırov debütdə ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb - 7:0. Həmyerlimiz 1/8 finalda ispaniyalı Qabriel Ramosu tam üstünlüklə məğlub edib - 13:0. Aşırov 1/4 finalda hindistanlı Saqar Jaqlana heç bir şans tanımayıb - 10:0. Əşrəf yarımfinalda qazaxıstanlı Şamsat Tairlə üz-üzə gəlib və tam üstünlüklə (11:0) qalib gələrək finala yüksəlib. Aşırov sabah finalda rusiyalı Maqomed Maqomayevlə güləşəcək.
92 kq
Abdulcəlil Şabanov təsəlliverici görüşdə qazaxıstanlı Nurdaulet Bekenova vaxtından əvvəl qalib gəlib - 10:0. Həmyerlimiz bürünc medal uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliylə qarşılaşıb. 14:11 hesabıyla qalib gələn güləşçimiz bürünc medal qazanıb.
125 kq
Vaxit Qalayev belaruslu Aleksey Parka vaxtından əvvəl qalib gəlib - 10:0. Qalayev bürünc medal uğrunda görüşdə hindistanlı Kumar Aniruyla qarşılaşmada da tam üstünlüklə (10:0) qalib gələrək U-23 dünya çempionatında bürünc medal qazanıb.