Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Rekord.az xəbər verir ki, yarışın dördüncü günündə qadınlardan ibarət millimizin iki üzvü mübarizəyə qoşulub.

Leyla Qurbanova (53 kq) 1/8 finalda moldovalı Yuliya Leordaya qalib gəlib - 5:1. Həmyerlimiz 1/4 finalda monqolustanlı Xulan Batxuyaqla qarşılaşıb və ciddi zədə aldığı üçün görüşü davam etdirə bilməyib.

Mundiala 1/4 finaldan başlayan Elis Manolova (65 kq) çinli Jia Lonqa məğlub olub - 3:6.