Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Podqoritsa şəhərindəki təlim-məşq mərkəzində Monteneqro millisi ilə qarşılaşıb. Komandamız bu oyundan da məğlubiyyətlə ayrılıb.

Azərbaycan millisi yer aldığı E qrupunda 0 xalla qrup sonuncusudur.

DÇ-2023-ün seçmə mərhələsi
E qrupu

21 oktyabr

Monteneqro – Azərbaycan 2:0
Qol: Sladyana Bulatoviç, 5. Andela Toşkoviç, 83.
Baş hakim: Kristina Georgieva (Bolqarıstan).