DÇ: Mirşərif Kazımzadə qalib gəldi, Malik Həsənov uduzdu
- 31 Okt 2021 16:05
- 608
Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Rekord.az xəbər verir ki, mundialın altıncı günündə Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.
Boksçumuz Mirşərif Kazımzadə (75 kq) 1/16 finalda Soma Mesterlə (Macarıstan) gücünü yoxlayıb. Görüş təmsilçimizin qələbəsi ilə başa çatıb – 5:0 (30:26, 30:27, 30:26, 30:27, 30:27). O, növbəti qarşılaşmasına noyabrın 1-də çıxacaq. Kazımzadə özbəkistanlı Səidcəmşid Cəfərovla üz-üzə gələcək.
İlk döyüşündə Xuan Reyes Donisə (Qvatemala) qalib gələn Malik Həsənov (63,5) ikinci görüşündə Ovannes Baçkovla (Ermənistan) üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb.
Mundialın yeddinci günündə 4 boksçumuz 1/8 final görüşünə çıxacaq. Tayfur Əliyev (60 kq) Arslan Xatayevlə (Finlandiya), Sərxan Əliyev (71 kq) Yuta Akiyama (Yaponiya) ilə, Alfonso Dominqes (86 kq) Pol Aradoae (Rumıniya) ilə və Məhəmməd Abdullayev (+92 kq) Vladan Babiçlə (Serbiya) qüvvəsini sınayacaq.