DÇ: Sərbəst güləşçilərimizin rəqibləri müəyyənləşdi
- 18 İyl 2021 21:40
- 626
Sabah Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə güləşçilərin dünya çempionatı start götürəcək.
Rekord.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə püşkatma mərasimi keçirilib.
Mərasimdə Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri müəyyənləşib.
45 kq
1/8 final: Yusif İsparov - Hayko Qasparyan (Ermənistan)
48 kq
1/8 final: Hacı Kərimov - Vitali Qonçar (Ukrayna)
51 kq
1/8 final: Elman Məmmədov - Seyfulla İtayev (Fransa)
55 kq
1/8 final: Cavid Cavadov - Abdinur Nurlanbek (Qazaxıstan)
60 kq
Təsnifat: Abdulrəhman İbrahimov - Erik Mantanona (ABŞ)
65 kq
1/8 final: Ağanəzər Novruzov - Samuel Bistron (Çexiya)
71 kq
Təsnifat: İlkin Ağayev - Ramazan Doğan (Türkiyə)
80 kq
Təsnifat: Səttərxan Allahverdili - Denis Kirika (Rumıniya)
92 kq
1/8 final: Yusif Dursunov - Nikita Qubarets (İsrail)
110 kq
1/8 final: Azay İsmayılov - Hakan Büyükçınqıl (Türkiyə)
Qeyd edək ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxacaq. İyulun 20-də isə 45, 51, 60, 71 və 92 kq-da yer alan idmançılar mübarizəyə qoşulacaq.