DÇ: Taleh Məmmədov və Həsrət Cəfərov üçün bürünc medal şansı
- 09 Okt 2021 20:05
- 949
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı sona yaxınlaşır.
Rekord.az xəbər verir ki, səkkizinci yarış günündə 63, 67 və 87 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.
Həsrət Cəfərov debütdə ABŞ təmsilçisinə elə ilk hissədə tam üstünlüklə qalib gəlib. Gənc pəhləvanımız daha sonra hindistanlı rəqibinə aman verməyib. Ancaq 1/4 finalda son olimpiya çempionu Məhəmmədrza Gerayiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Həsrət oktyabrın 10-da təsəlliverici görüşə çıxacaq.
Taleh Məmmədov startda türk həmkarından güclü olub. Təcrübəli güləşçimiz Koreya idmançısını da üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında İran pəhləvanına uduzan Məmmədov oktyabrın 10-da bürünc medal görüşünə çıxacaq.
Mübarizəyə 1/8 finaldan qoşulan İslam Abbasov gürcüstanlı dünya çempionu Laşa Qobadzeylə bacarmayıb.
Bu çəkilərdə təsəlliverici görüşlər oktyabrın 10-da saat 18:00-da, medal qarşılaşmaları isə 20:00-da başlayacaq.
63 kq
1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə) 7:1
1/4 final: Taleh Məmmədov - Hanjae Çunq (Koreya) 6:2
1/2 final: Taleh Məmmədov - Meysam Dalxani (İran) 0:9
Bürünc medal görüşü: Taleh Məmmədov - Deniz Menekşe (Almaniya) / Lenur Temirov (Ukrayna)
67 kq
1/16 final: Həsrət Cəfərov - Peyton Omaniya (ABŞ) 10:0
1/8 final: Həsrət Cəfərov - Qaurov Duhon (Hindistan) 8:0
1/4 final: Həsrət Cəfərov - Məhəmmədrza Gerayi (İran) 0:11
Təsəlliverici görüş: Həsrət Cəfərov - Tsuçika Şimoyamada (Yaponiya)
87 kq
1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan) 0:11