![photo](https://www.rekord.az/storage/uploads/5/222-1.jpg)
DÇ: Yığmamız Bakıda keçirilən seçmə mərhələyə məğlubiyyətlə başladı
- 05 İyl 2023 22:49
- 336
Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil olunan dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.
Rekord.az xəbər verir ki, komandamız Moldova yığması ilə üz-üzə gəlib.
“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında təşkil olunan matç rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Azərbaycan yığmasından qolları 7-ci dəqiqədə Elçin Qasımov və 33-cü dəqiqədə Tural Qürbətov vurublar.
A qrupunun digər görüşündə İtaliya Estoniyanı məğlub edib - 3:1.