![photo](https://www.rekord.az/storage/uploads/5/8bde035e-a63d-33fb-9c54-78f867a9484b-850.jpg)
DÇ: Yığmamız yarımfinalda uduzdu
- 03 Noy 2023 21:46
- 326
Minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə bitib. Yığmamızın qollarını Eşqin Tağıyev vurub.
Millimiz sabah üçüncü yer uğrunda oyuna çıxacaq. Rəqib Macarıstan yığması olacaq.