Sabah Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında yunan-Roma güləşi üzrə mübarizəyə start veriləcək.

Rekord.az xəbər verir ki, qarşıdakı 3 gündə güləşin klassik növüylə məşğul olanlar mundialda məharətini göstərəcək.

Bu gün keçirilən püşkatma mərasimindən sonra millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

55 kq
1/8 final: Elmir Əliyev - Əmirrza Dehbozorgi (İran)

60 kq
1/88 final: Nihat Məmmədli - Vikas Vikas (Hindistan)

63 kq
1/8 final: Ziya Babaşov - Səid Bakayev (Rusiya)

67 kq
Təsnifat: Həsrət Cəfərov - Nestori Mannila (Finlandiya)

72 kq
1/8 final: Xasay Həsənli - Mixael Portman (İsveçrə)

77 kq
Təsnifat: Elcan Məmmədov - Konrad Kozlovski (Polşa)

82 kq
1/8 final: Murad Əhmədiyev - Saba Mamaladze (Gürcüstan)

87 kq
Təsnifat: Laçın Vəliyev - Mario Vukoviç (Serbiya)

130 kq
1/8 final: Sərxan Məmmədov - Əmirməhəmməd Bayat (İran)

Sabah 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər yarışacaq. Avqustun 21-də isə digər çəkilərdə yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.