De Byazi AFFA ilə danışıqlar apardığını təsdiqlədi: “Niyə də olmasın?!”
- 27 Fev 2020 19:40
- 761
Azərbaycan milli komandasının baş məşqçi postuna namizədlərdən olan Canni de Byazi açıqlama verib.
Rekord.az xəbər verir ki, italyan mütəxəssis AFFA-dan təklif aldığını təsdiqləyib:
“AFFA-dan mənimlə əlaqə saxlayıblar. Millinizə başçılıq etməklə bağlı təklif almışam. Əslində qeyri-rəsmi məlumatları şərh etməyi xoşlamıram. Həyatımda heç vaxt bunu etməmişəm. Yalnız konkret faktlar barədə danışıram. Təyinatın nə vaxt gerçəkləşəcəyi mənə aid məsələ deyil. Nə vaxt baş məşqçi təyin olunsam, sizə də məlumat verəcəyəm. Amma onu deyim ki, yığmanızda çalışmaq istərdim. Niyə də olmasın?!” (Report.az)
63 yaşlı mütəxəssis uzun illər Albaniya millisinin formasını geyinmiş “Qarabağ”ın sabiq futbolçusu Ansi Aqolli ilə Azərbaycan yığması barədə danışmadığını söyləyib:
“Ansi mədəni insandır, həm əla oğlan, həm də yaxşı futbolçudur. Onunla çox şey haqqında danışmışam. Amma Azərbaycan barədə söhbətimiz olmayıb”.
Byazinin sonuncu iş yeri İspaniyanın “Alaves” klubu olub. O, 2011-2017-ci illərdə Albaniya millisinə başçılıq edib. De Byazinin rəhbərliyi altında bu komanda tarixində ilk dəfə 2016-cı ilin Avropa çempionatına vəsiqə qazanıb.