Futbol üzrə Azərbaycan milli komandasının üzvü Araz Abdullayevin hazırda heç bir klubla müqaviləsi mövcud deyil.

Rekord.az xəbər verir ki, millinin baş məşqçisi Canni De Byazi bununla əlaqədar Araz Abdullayevlə görüşüb.

Son olaraq “Qarabağ”ın uğurları çalışan, bu yay Ağdam klubundan ayrılan futbolçu milli komandanın məşqçi heyətinin nəzarəti ilə fərdi məşlərə başlayıb.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.