De Byazi Bakıya gəldi – “Sabah”ın oyununu izləyəcək
- 10 Avq 2020 15:55
- 651
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün Bakıya gəlib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, baş məşqçi bu gün “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Qəbələ” yoxlama oyununu stadionda izləyəcək.
Canni De Byazi COVİD-19 testi verib və testin nəticəsinin neqativ olması barədə müvafiq sənəd mövcuddur.
Baş məşqçi oyunu sosial məsafənin qorunması qaydalarına riayət etməklə izləyəcək və heç kimlə ünsiyyətdə olmayacaq.