Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı keçirilmiş səfər oyununu şərh edib.

Rekord.az xəbər verir ki, italiyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“İlk hissədə potensialımızdan aşağı səviyyədə çıxış etdik. Müdafiədən çıxmaqda çətinlik çəkirdik. Məşqlərdə bunun üzərində çox işləyirdik. Çox sadə iki qol buraxdıq. İstək və aqressiya baxımından rəqibdən geri qalırdıq. Fasilədə 3 əvəzetmə etdik və bu da oyunumuza müsbət təsir göstərdi. İkinci hissənin 12-ci dəqiqəsindən etibarən oyuna nəzarəti ələ aldıq. Qol vurmaq üçün yaxşı imkanlarımız oldu. Təəssüf ki, istifadə edə bilmədik. Belə oyunlarda ilk dəqiqələrdən istəkli olmalıyıq.

Heyət seçiminə gəlincə, futbolçuların bəziləri ilə ayın 25-dən birlikdə məşq edirdik. Ölkə xaricində oynayanlar düşərgəyə gec qoşulmuşdular. Bizimlə birlikdə az məşq etdikləri üçün seçimi bu cür etmişdim”.