De Byazi də Qarabağda gedən müharibədən danışdı
- 06 Okt 2020 15:22
- 585
Yığmanın baş məşqçisi Canni De Byazi İTV telekanalında yayınlanan "Bol idman" verilişində həmkarımız Kənan Hakimovun qonağı olub.
Rekord.az xəbər verir ki, italyan mütəxəssis cəbhədə gedən döyüşlərlə bağlı danışanda Ermənistanın günahkar olduğunu dilə gətirib:
"Həyatımda ilk dəfədir belə halla rastlaşıram. Ermənilərin cəbhədə döyüş aparmaq əvəzinə dinc əhalini öldürməsi qəbuledilməzdir. Müharibədə dünyasını dəyişənlərə Allah rəhmət, yaxınlarına səbr diləyirəm.
Canni De Byazi ailəsinin ona görə narahat olduğunu bildirib: "Baş verənlərdən xəbərdaram. Azərbaycan torpaqlarının 30 ildir işğal altında olduğunu bilirəm.
Bu illər ərzində qarşılıqlı atışmalar olmuşdu, lakin bu səviyyədə ilk dəfədir. Əlbəttə, ailəm mənə görə narahatdı. Tək mənim yox, köməkçilərimin ailələri və yaxınları da.
Ümid edirik ki, ən qısa zamanda məsələ öz həllini tapar. İşğal altında olan torpaqlar tezliklə Azərbaycana qayıdar. BMT-in dörd qətnaməsi var ki, orda da ermənilərin torpaqları azad etməli olduqları göstərilib".