Türkiyə, Belarus və Moldova yığmaları ilə yoxlama oyunu keçirəcək Azərbaycan milli komandasına daha bir futbolçu dəvət olunub.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

“Sabah”;n müdafiəçisi Bəhlul Mustafazadə yığmanın qarşıdakı yoxlama oyunları üçün heyətə çağırılıb.

Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev (“Sabah”), Cəlal Hüseynov (“Zirə”) və Vidadi Cəfərov (“Turan Tovuz”) A milli komandanın 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək məşqlərində iştirak edəcək.