Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Canni de Byazinin daha bir köməkçisi məlum olub.

Rekord.az xəbər verir ki, Federiko Turrisiani italiyalı mütəxəssisin köməkçisi olacaq.

Bu barədə “Tuttomercatoweb.com” saytı məlumat yayıb. 39 yaşlı mütəxəssis matçların analiz edilməsi ilə məşğul olacaq.

De Byazinin digər köməkçiləri Arif Əsədov, Benni Karbone və Klaudio Belluççidir.