De Xeadan ölkəsinə maddi dəstək
- 27 Mar 2020 15:42
- 665
İngiltərənin “Mançester Yunayted” klubunun qapıçısı David de Xea koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
Rekord.az xəbər verir ki, ispan qapıçı, Madriddəki səhiyyə təşkilatına 300 min avro bağışlayıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Bu məbləğin tibbi ləvazimatların alınmasına və şəhərin yoxsul sakinlərinə kömək etmək üçün xərclənəcəyi bildirilib.