Avrokubokda debüt edən kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” klubu bu gün ilk görüşünü keçirib. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamızın 1/32 final mərhələsindəki rəqibi Slovakiyanın “TJ Spartak MYJAVA” klubu olub.

  Voleybol Mərkəzində baş tutan birinci qarşılaşmada Şuşa təmsilçisi qonaqları hər üç setdə məğlub edərək matçın qalibi olub. 

Cütün cavab matçı sabah baş tutacaq. Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki görüş Bakıda keçirilir. Saat 18:00-da başlanacaq qarşılaşmada Şuşa klubu qalib gələcəyi təqdirdə növbəti mərhələyə yüksələcək.

Challenge Cup
1/32 final (1-ci oyun)

    “Xarı Bülbül Şuşa” - “TJ SPARTAK MYJAVA” 3:0 (25:23, 25:21, 27:25)