Voleybol üzrə ölkə kubokunda kişilərin mübarizəsində finalçılar bəlli olub. "Rekord.az" xəbər verir ki,  “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan yarımfinal oyunları keçirilib. 

 GİN-in Voleybol Mərkəzində ilk olaraq “AZERRAIL” və “Murov Az Terminal” klubları üz-üzə gəliblər. Gərgin keçən bu oyunda qalib tay-brekdə müəyyən olunub. “AZERRAIL” 3:2 hesabı ilə qələbə qazanaraq finala yüksəlib.

Günün növbəti qarşılaşması isə “Neftçi” və “Xilasedici” komandaları arasında olub. Bu oyunda 3:1 hesabı ilə qalib gələn debütant  “Xilasedici” klubu  finala vəsiqə qazanıb. 

Beləliklə, kişilərin mübarizəsində finalda (4 noyabr) “AZERRAIL” və “Xilasedici” komandaları üz-üzə gələcəklər. 


Ölkə kuboku

Kişilər

Yarımfinal

   “AZERRAIL” - “Murov Az Terminal” 3:2 (22:25, 25:21, 25:19, 23:25, 15:13)

   “Neftçi” - “Xilasedici” 1:3 (22:25, 25:22, 17:25, 23:25)