Voleybol üzrə ölkə çempionatında qadınların mübarizəsində növbəti oyun baş tutub. "Rekord.az" xəbər verir ki, Super Liqanın 1-ci turu çərçivəsində "Mübariz" və "Murov" kollektivləri qarşılaşıblar.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Kompleksində keçirilən görüş debütant "Mübariz"in qələbəsi ilə yekunlaşıb.

İlk setdə 25:18 hesabı ilə qələbə qazanan “Mübariz” ikinci hissəni də aktivinə yazıb - 25:23. Ardınca “Murov” 25:18 hesabı ilə qalib gələrək, fərqi azaldıb - 1:2. Dördüncü hissədə 25:21 hesabı ilə qələbə qazanan “Mübariz” yekun nəticəni müəyyənləşdirib - 3:1.

Qeyd edək ki, ilk turun birinci matçında "Azərreyl" və "Abşeron" üz-üzə gəlib və son çempion 3:1 hesabı ilə qalib gəlib.

 

Super Liqa

I tur

   "Mübariz" - "Murov" 3:0 (25:18, 25:23, 18:25, 25:21)