Azərbaycan Basketbol Liqasında (ABL) 2023/2024 mövsümünün debütantı “Xəzri” yoldaşlıq görüşündə ötən mövsümün bürünc mükafatçısı “NTD-Indigo”ya qalib gəlib.

Rekord.az xəbər verir ki, komandalar hazırlıq çərçivəsində Azərbaycan Texniki Universitetinin idman zalında üz-üzə gəliblər.

Qarşılaşma “Xəzri”nin 82:77 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, ABL-də yeni mövsümün açılış oyunu oktyabrın 22-də “Sərhədçi” ilə “Cəlilabad” arasında keçiriləcək.