Futbol üzrə Seneqal millisinin sabiq hücumçusu Demba Ba karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, bu barədə 36 yaşlı sabiq futbolçu sosial şəbəkə hesabında yazıb.

Ba son olaraq İsveçrənin “Luqano” klubunda forma geyinib. O, daha öncə “Şanxay Şenxua” (Çin), “Göztəpə”, “Beşiktaş”, “Başakşəhər” (hamısı Türkiyə), “Çelsi”, “Nyukasl”, “Vest Hem” (hamısı İngiltərə), “Hoffenhaym” (Almaniya), “Muskron” (Belçika) və “Ruan” (Fransa) klublarının da uğurları üçün çalışıb.