
Dembele "Barselona"dan getmək istəmir
- 2023-01-27 16:45
- 127
Usman Dembele güman ki, daha uzun müddət "Barselona"da qalacaq.
Rekord.az "Diario Sport"a istinadla xəbər verir ki, fransalı futbolçu 2024-cü ildə başa çatacaq müqaviləsinin daha da uzadılacağına ümid edir.
Çünki o, Barselonada özünü xoşbəxt hesab edir və bu şəhərdən, eləcə də "Barselona"dan getmək haqda düşünmür.