"Barselona"nın futbolçusu Usman Dembele İspaniya La Liqasının 10-cu turunda "Real"la oyuna buraxa bilər.

 

Rekord.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, fransalı hücumçunun ölkə çempionatının 8-ci turunda "Sevilya" ilə matçda qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılması mümkündür.

 

Bu, baş verəcəyi təqdirdə, 22 yaşlı oyunçu "El Klassiko"da oynamayacaq.

 

Qeyd edək ki, "Barselona" - "Real" görüşü oktyabrın 26-ı keçiriləcək.