“Barselona”nın futbolçusu Usman Dembele karyerasını “Mançester Yunayted”də davam etdirməyə yaxındır.

Rekord.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub.

İngiltərə təmsilçisininin 23 yaşlı hücumçu üçün Kataloniya klubuna 50 milyon avrodan çox məbləğdə ödəniş edəcəyi bildirilib.

Xəbərdə o da qeyd olunub ki, “Barselona” fransalı oyunçunun transferindən gələn gəliri “Lion”dan Memfis Depayın keçidi üçün xərcləyə bilər.

U.Dembele La Liqa klubuna 2017-ci ildə Dortmund “Borussiya”sından keçib.