"Dembeleni satmağın vaxtıdır"
- 17 Apr 2020 15:47
- 770
"Barselona" nın sabiq hücumçusu Rivaldo Kataloniya klubunun futbolçusu Usman Dembelenin gələcəyi barədə danışıb .
Rekord.az xəbər verir ki, braziliyalı keçmiş forvard tez-ted zədələnən fransalı hücumçunun komandadan ayrılmaq vaxtı olduğunu bildirib:
“Dembeleni satmağın vaxtıdır. Bəzi matçlarda gözləntiləri doğrulda bilər. Ancaq onun üçün ən yaxşı seçim komandanı tərk etmək olardı. "Barselona" Neymar və Lautaro Martinesi alacaqsa, bir neçə oyunçudan yaxa qurtarmalı olacaq".
Qeyd edək ki, İspaniya mətbuatının iddiasına görə, “Barselona” hücum xəttini ya keçmiş futbolçusu Neymar, ya da “İnter”də çıxış edən Lautaro Martineslə gücləndirməyə çalışdığını yazıb.