"Yuventus"un müdafiəçisi Merih Demiral klubunu dəyişə bilər.

Rekord.az xəbər verir ki, jurnalist Daniele Lonqo "Tvitter" hesabında yazıb ki, "Everton" türk futbolçu üçün 25-30 milyon avroluq təklif hazırlayır.

Qeyd edək ki, 23 yaşlı oyunçu bu mövsüm A seriyasında 14 qarşılaşmada iştirak edib və 1 qolun ötürməsini verib.